Hidayət Heydərov Yay Olimpiya Oyunlarında finala yüksəldi

İdman

29.07.2024 19:50

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

TodayPress xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov finala vəsiqə qazanıb.

O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

tag: Paris-2024, Yay Olimpiya Oyunları, Hidayət Heydərov, Fransa, todaypress.az,