Hidayət Heydərov Olimpiya çempionu nişanı alacaq
İdman
30.07.2024 15:33
Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının qızıl olimpiya çempionu nişanını alacaq.
TodayPress xəbər verir ki, bu kimononun arxa hissəsində idmançının adının yazıldığı düzbucaqlıdır.
Hidayət dünya çempionatında qalib olduqdan sonra statusunu əks etdirən qırmızı yamaq almışdı. Lakin onun Paris qalibiyyəti ilə Olimpiya çempionu titulunu alması ilə bu nişanın rəngi qızılla əvəzlənəcək.
Qeyd edək ki, Hidayət Heydərov növbəti olimpiya tsiklində kürəyində çempionluğunu əks etdirən qızıl nişanla yarışacaq.
Namiq HUN
tag: Hidayət Heydərov, Cüdo, Beynəlxalq, Paris, Olimpiya, todaypress.az,