Hidayət Heydərov mütləq liderdir

İdman

22.08.2024 15:38

Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) dünya reytinqinin mütləq lideridir.

TodayPress xəbər verir ki, idmançımız topladığı reytinq xallarının sayına görə bütün çəki dərəcələri üzrə çıxış edən cüdoçular arasında birinci pilləni qoruyub saxlayıb.

Onun aktivində 10004 xal var. Parisdəki qələbə Hidayətə 2200 xal qazandırıb.

İkinci yerdə digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qərarlaşıb. Onun hesabında 8512 xal var. Yay Oyunlarında qazanılan 2200 xal cüdoçumuzun ikinci yerə yüksəlməsinə kömək edib.

İlk üçlüyü 8335 xalla gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) təşkil edib.

Namiq HUN

tag: Hidayət Heydərov,Zelim Kotsoyev,Paris, Yay Oyunları,Cüdo, todaypress.az,