Hidayət Heydərov mövqeyini qorudu

İdman

07.05.2025 13:55

9

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələrindəki cüdoçular arasında qazandığı reytinq xallarının sayına görə ikinci olaraq qalır. 

TodayPress xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) siyahısında həm kişilər, həm də qadınlar arasında dünya reytinq liderlərinin göstəriciləri əks olunub. 

Olimpiya çempionu 6544 xalla ikinci yerdədir.

Kişilər arasında ən yüksək göstəriciyə sahib olan Heydərov ümumi cədvəldə yalnız aktivində 7300 xal olan kanadalı Olimpiya çempionu Krista Dequçidən geri qalır.

İlk üçlüyü isə hesabında 6200 xalı olan ikiqat Olimpiya mükafatçısı Amandin Buşar təşkil edib. 

Qeyd edək ki, digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) 6046 xalla beşinci göstəriciyə malikdir.   

Namiq HUN

tag: Hidayət Heydərov,Cüdo,Reytinq,Mövqe,Todaypress.az,