Hidayət Heydərov medalın bir addımlığında

İdman

29.07.2024 15:54

Paris Olimpiadasında cüdo yarışları davam edir.

TodayPress xəbər verir ki, bu il dünya və Avropa çempionu olan Hidayət Heydərov qızıl “het-trik”lə Parisdəki ilk medalını qazanmağa çox yaxındır. 

73 kq çəki dərəcəsində dünya reytinqinin birincisi olan Heydərov mübarizəyə 1/8 finalda Tohar Bitbul (İsrail) üzərində qələbə ilə start verib. O, 1/4 finalda isə Artur Marqelidona (Kanada) ipponla qalib gələrək yarımfinala yüksəlib. Hidayət finala aparan yolda Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosovo) cütünün güclüsü ilə qarşılaşcaq.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.

Namiq HUN

tag: Paris Olimpiada, Avropa, Tohar Bitbul, Heydərov, Manuel Lombardo, todaypress.az,