Hicablı idmançı qadağa ilə üzləşdi

İdman

26.07.2024 11:30

1264

Fransalı idmançı Sunkamba Silla hicablı olduğu üçün Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə buraxılmayacaq.

TodayPress xəbər verir ki, Fransa Olimpiya Komitəsi həll yolu tapmaq üçün Silla ilə danışıqların davam etdiyini bildirib.

Fransada 2011-ci ildən tam üz örtüyünə qanuni qadağa qoyulub. Həmçinin ölkədə dövlət təhsil müəssisələrində niqab və hicab taxmaq qadağandır. İdmançılara yarışlar zamanı hicab geyinmək də qadağandır. Bununla belə, Olimpiya kəndinin ərazisində hicab geyinməyə icazə verilir.

Xatırladaq ki, Atletika üzrə Avropa Çempionatında Silla başını tamamilə örtən xüsusi papaqda yarışıb. 

Sunkamba Silla Olimpiadada qadınlar arasında 4x400 m estafet yarışlarında mübarizə aparacaq.

Namiq HUN

tag: Hicablı, Fransa, Qadağa, Olimpiya, Avropa, todaypress.az,