Heydərov mütləq liderdir

İdman

05.02.2025 15:05

1434

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında topladığı reytinq xallarının sayına görə liderliyini davam etdirir.

TodayPress xəbər verir ki, dünya reytinqində birinci olan Heydərovun hesabında 8004 xal var.

Olimpiadadan sonra onun xalı 10004 idisə, əvvəlki nəticələr zaman keçdikcə öz reytinq dəyərini itirdiyindən cədvəl müəyyən dəyişikliklərə məruz qalıb.

İkinci yerdə digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qərarlaşıb. Onun hesabında 6742 xal var.

İlk üçlüyü 5995 xalla Laşa Bekauri (Gürcüstan) təşkil edib.

Namiq HUN

tag: Olimpiya ,Hidayət Heydərov,Cüdo ,Zelim Kotsoyev,todaypress.az,