Heydərov ən reytinqli cüdoçular arasında ikincidir
Olimpiya çempionu Hidayət Heydərov (73 kq) xallarının sayına görə ən reytinqli cüdoçular arasında ikincidir.
TodayPress xəbər verir ki, Heydərov Beynəlxalq Cüdo Federasiyasının (IJF) qarışıq cədvəlində üçüncü yerdən ikinciyə yüksəlib.
O, almaniyalı ikiqat dünya çempionu Ann-Mari Vaqneri (7132) qabaqlayıb. Hidayətin aktivində 7360 xalı var.
Cüdoçumuz kişilər arasında ən yüksək göstəriciyə malikdir. Heydərov ümumi cədvəldə yalnız kanadalı Olimpiya çempionu Krista Dequçidən (9790) geri qalır.
Hesabında 6112 xalı olan olimpiya çempionu Zelim Kotsoyev (100 kq) yeddinci göstəriciyə malikdir.
O, fransalı beşqat Olimpiya çempionu Teddi Rineri (5900) qabaqlayır.
Namiq HUN
tag: Hidayət Heydərov, Cüdo, Beynəlxalq, Olimpiya, todaypress.az,