Heydərov dünya reytinqinin lideridir

İdman

17.10.2024 19:05

1719

Olimpiya çempionu Hidayət Heydərovun (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında topladığı reytinq xallarının sayına görə liderliyi davam edir.

TodayPress xəbər verir ki, dünya reytinqin lideri olan Heydərovun 9004 xalı var.

İkinci yerdə digər Olimpiya çempionu Zelim Kotsoev (100 kq) qərarlaşıb. O isə 7762 xala malikdir.

Gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) 7335 xalla üçüncü yerdə qərarlaşıb.

Namiq HUN

tag: Hidayət Heydərov, Lider, Zelim,Olimpiya, Zelim Kotsoev, todaypress.az,