Həsrət Cəfərov bürünc medal qazandı

İdman

09.08.2024 09:05

Paris Olimpiadasında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. 

TodayPress xəbər verir ki, Həsrət Cəfərovun uğuru sayəsində komandamız multiidman oyunlarını 1 bürünc medalla başa vurub. 

67 kq çəki dərəcəsində yer alan güləşçimiz üçüncü yer uğrunda yarışda Amantur İsmayılovla (Qırğızıstan) qurşaq tutub. 

Cəfərov rəqibinə tam üstünlüklə qalib gəlib. Bu uğuru sayəsində Həsrət XXXIII Yay Olimpiya Oyunlarını bürünc medalla bitirib.

Namiq HUN

tag: Həsrət Cəfərov, Paris, Yunan-Roma, Amantur İsmayılova, Bürünc, todayporess.az,