Həqiqətə görə 25 min dollar cərimələndi
İdman
19.11.2024 15:40
Milli Basketbol Assosiasiyası (NBA) mövsümündə keçirilən “Miluoki Baks” - “Şarlott Hornets” (114:115) qarşılaşmasında hakim səhvinə görə məşqçi cərimə ilə üzləşib.
TodayPress xəbər verir ki, “Miluoki Baksın” baş məşqçisi Dok Rivers hakimlərin səhvinə sərt aydınlıq gətirib.
“Mənə elə gəldi ki, son epizodda hakimlər səhv qərar verdilər. Bu, komandamıza qarşı ardıcıl ikinci səhv idi. Bunu qəbul etmək çətindir” Rivers deyib.
Daha sonra hakimlər səhvi etiraf etiblər. Oyunun nəticəsi isə dəyişməz qalıb.
Qeyd edək ki, hakimlərin günahını etiraf etmələrinə baxmayaraq, NBA tənqidə görə Dok Riversi 25.000 dollar cərimələyib.
Namiq HUN
tag: Dok Rivers, Cərimə,Milli Basketbol Assosiasiyası ,Şarlott Hornets, Hakim, todaypress.az,