Həndbolçu 26 aylıq diskvalifikasiya olundu

İdman

08.05.2025 18:33

15

“Hard” klubunun xorvatiyalı həndbolçusu İvan Horvat Avstriya çempionatının matçında rəqibinə zərbə endirdiyinə görə 26 aylıq diskvalifikasiya olunub.   

TodayPress Avstriya Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə “Hard” və “Breqenz” komandaları arasında pley-off mərhələsinin 1/4 final matçında baş verib.   

İvan Horvat Markus Mahrın üzünə zərbə endirib.

Həkim müayinəsindən sonra zərərçəkənə burnunun açıq sınığı diaqnozu qoyulub. Daha sonra onu əməliyyat ediblər. 

Diskvalifikasiya ilə bağlı qərarı federasiyanın müstəqil məhkəməsi qəbul edib.   

Həndbolçunun cəzası 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq. İvan Horvat 14 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.   

Namiq HUN

tag: Hard,Klub,Həndbolçu,Cəza,Todaypress.az,