Hemilton üçün tarixi dövrün sonu çatdı
İdman
06.12.2024 11:50
Yeddiqat “Formula1” çempionu Lyuis Hemilton "Mercedes"lə vidalaşır.
TodayPress xəbər verir ki, Abu Dabi Qran-Prisi britaniyalı pilot üçün Almaniya komandasının heyətində sonuncu çıxış olacaq.
“Mersedes"lə son yarışının vaxtının gəldiyini deyən Hemilton bildirib ki, bu illər ərzində birlikdə etdikləri tarixə düşəcək:
"Çoxları 2013-cü ildə bu addımı atacağıma şübhə edirdilər və indi biz buradayıq. İmza atdığımız rekordlar, qazandığımız çempionatlar - hamısı öz sözünü deyir.
"Mercedes"ə son təşəkkürüm deyil, amma bu komanda ilə son yarışıma çıxacağım məni həqiqətən həyəcanlandırır.
Bu mənim karyeramda, eləcə də komanda üçün və “Formula 1” üçün bir dövrün sonudur. Mənimlə birlikdə bu uğurun bir parçası olan hər bir insanla fəxr edirəm”.
Qeyd edək ki, "Mercedes"də 12 mövsüm keçirdikdən sonra Hemilton 2025-ci ildən "Ferrari"nin uğurları üçün çalışacaq.
Namiq HUN
tag: Komanda ,Formula 1, Yarışma ,Rekord, todaypress.az,