Həbibin hesabları bloklandı

İdman

13.11.2024 11:10

Rusiyanın Federal Vergi Xidməti (FTS) UFC çempionu Həbib Nurməhəmmədovun iki təşkilatının hesablarını bloklayıb.

TodayPress xəbər verir ki, sabiq döyüşçünün təsisçisi olduğu “Futbol Topu Muzeyi” və “Təhsil, İdman və Sosial Təşəbbüslərin İnkişafı Fondu” problemlə üzləşib. 

Federal Vergi Xidməti təşkilatların rəsmi sənədləri ilə bağlı yoxlamalar aparıb.

Xatırladaq ki, yayda Həbib Nurməhəmmədovun vergi borcu ilə bağlı şirkətlərinin və digər təşkilatlarının hesablarına blok qoyulmuşdu. Daha sonra onun nümayəndəsi idmançının Federal Vergi Xidmətinə 302 milyon rubl məbləğində borcu ilə bağlı problemi həll etdiklərini bildirmişdi.

Namiq HUN

tag: Rusiya, Vergi Xidməti, UFC, Həbib,Borc, Hesab, todaypress.az,