Həbibin hesabları blokdan çıxarıldı

İdman

22.01.2025 12:00

972

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun təsis etdiyi Təhsil, İdman və Sosial Təşəbbüslərin İnkişafı Fondu yenidən maliyyə hesablarına çıxış əldə edib.

TodayPress “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti borclarına görə bu fondun hesablarını bloklamışdı. 

Eyni qərar Həbib Nurməhəmmədov adına Xeyriyyə Fondunun hesabları ilə bağlı da verilib. 

Bu təşkilatın hesabları üzrə əməliyyatlar hələ də 3,5 min rubl məbləğində borc ucbatından blokdadır.

Qeyd edək ki, ötən yay məlum olub ki, Nurməhəmmədovun hesablar üzrə borcu 79 milyon rubl təşkil edib.


Namiq HUN

tag: Həbib, UFC, Federal Vergi Xidəti,İdman,todaypress.az,