“Hatayspor” Dadaşova təzminat ödədi

İdman

26.02.2025 18:50

1544

“Hatayspor” klubunun Azərbaycan millisinin futbolçusu Renat Dadaşova ödədiyi təzminat məlum olub.   

TodayPress xəbər verir ki, Super Liqa təmsilçisi forvarda ümumilikdə 275 min avro (təxminən 492 min manat) ödəyib. 

FIFA-nın Mübahisələrin Həlli Palatası azərbaycanlı oyunçu barədə qərar çıxardıqdan sonra borcların verilməsi müəyyən qədər gecikib. 

Lakin daha sonra Hatay klubu ona mükafatlara görə 220 min avro (təxminən 393 min manat), müqaviləsinin səbəbsiz pozulmasına görə isə əlavə 55 min avro (təxminən 99 min manat) ödəyib. 

Ali futbol qurumu Renata olan borcunu vaxtında ödəmədiyi üçün 2025-ci ilin əvvəlində “Hatayspor” klubuna transfer qadağası qoyub. 

Qeyd edək ki, Dadaşov 2024-cü ilin avqustunda “Hatayspor”dan ayrılaraq I Liqa təmsilçisi “Ankaragücü”nə transfer olunub.

O, 7 ay paytaxt təmsilçisində çıxış etdikdən sonra Polşanın “Radomyak” klubu ilə müqavilə bağlayıb.   

Namiq HUN

tag: Hatayspor,Renat Dadaşov, Super , Liqa ,Klub, todaypress.az,