Harri Keynin kubok həsrəti
İdman
04.12.2024 11:24
“Bavariya” klubu Harri Keyni transfer edəndən kubok qazanmaq üçün altıncı şansını qaçırıb.
TodayPress xəbər verir ki, Münhen təmsilçisi Almaniya kubokunun 1/8 finalında “Alyans Arena”da “Bayer 04”ə (0:1) uduzub.
Klub Keynin çıxış etdiyi iki mövsüm ərzində iki dəfə erkən mərhələdə Almaniya kubokundan kənarda qalıb.
“Bavariya” ötən ilin yayında Almaniya Superkubokunda məğlub olub. Həmçinin Çempionlar Liqasının yarımfinalında “Real Madrid”ə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Keyn karyerası ərzində hələlik milli komanda və klublarla bir kubok belə qazana bilmayıb.
O, ötən ilin yayında 95 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçib. Forvard cari mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid, Klub,Bavariya, Komanda, todaypress.az,