Harri Keynə “Qızıl buts” mükafatı təqdim olundu

İdman

28.08.2024 13:42

"Bavariya" klubunun futbolçusu Harri Keynə “Qızıl buts” mükafatı təqdim olunub.

TodayPress xəbər verir ki, hücumçu bu mükafata Bundesliqada vurduğu 36 qolla Avropada ötən mövsümün bombardiri olduğu üçün layiq görülüb.

İngiltərəli oyunçu bu nominasiyada Almaniyanın “Ştutqart” komandasının forvardı Seru Girassi (28 qol) və hazırda “Real Madrid” klubunda çıxış edən PSJ-nin sabiq hücumçusu Kilian Mbappeni (27 qol) qabaqlayıb.

Qeyd edək ki, Harri Keyn 2023-2024 mövsümündə Münhen klubunun heyətində ümumilikdə 45 matçda forma geyinib. 31 yaşlı futbolçu bu oyunlarda 44 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

 Namiq HUN

tag: Qızıl Buts, Münhen, Harri Keyn, Real Madrid, Futbol, todaypress.az,