Harri Keyn millidəki karyerasını davam etdirəcək
İdman
16.07.2024 10:23
İngiltərə yığma komandasının hücumçusu və kapitanı Harri Keyn millidəki karyerası ilə bağlı qərar verib.
TodayPress “The Telegraph”a istinadən xəbər verir ki, forvard Avropa çempionatının finalındakı uğursuzluqdan sonra İngiltərə millisindən ayrılmağı düşünmür.
Harri Keyn 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istəyir. O, çox güman ki, 37 yaşında hələ də Argentina millisi ilə kuboklar qazanan Messini nümunə götürəcək.
Qeyd edək ki, İngiltərə avrokuboklarda titulsuz ən çox matça görə rekorda sahibdir. Harri Keyn karyerası ərzində top qovduğu 6 finalın hamısında məğlub olub. 30 yaşlı forvard milli karyerasında titula həsrət qalıb.
Namiq HUN
tag: Harri Keyn, Çempionat, Argentina, İngiltərə, Final, todaypress.az,