Harri Keyn ən yaxşı hücumçu seçildi

İdman

06.06.2024 22:51

Almaniyanın "Bavariya" klubunun üzvü Harri Keyn dünyanın ən yaxşı hücumçusu seçilib.

TodayPress xəbər verir ki, məşhur "FourFourTwo" nəşri ən yaxşı hücumçuların yenilənmiş siyahısını təqdim edib. Yüksək liqalar arasında 36 qolla ən yaxşı bombardir olan Harri Keyn siyahının ilk pilləsində yer alıb. Yeni mövsümdən "Real Madrid" klubunun heyətində La Liqada oynayacaq Kilian Mbappe ikinci yerdə qərarlaşıb. "Mançester Siti"nin norveçli forvardı Erlinq Holann üçüncüdür. 

"FourFourTwo"nun versiyasına görə ilk "10-luq":

1. Harri Keyn ("Bavariya", Almaniya)

2. Kilian Mbappe ("Real", İspaniya)

3. Erlinq Holann ("Mançester Siti", İngiltərə)

4. Viktor Osimhen (“Napoli”, İtaliya)

5. Aleksander İsak ("Nyukasl", İngiltərə)

6. Lautaro Martines (“İnter”, İtaliya)

7. Son Hın Min ("Tottenhem", İngiltərə)

8. Viktor Qyökeres ("Sportinq", Portuqaliya)

9. Olli Uotkins ("Aston Villa", İngiltərə)

10. Randal Kolo Muani (PSJ, Fransa)

 

Namiq HUN

tag: Harri Keyn, "Bavariya", La Liqa, Almaniya, todaypress.az,