Harden adını NBA tarixinə yazdırdı

İdman

01.11.2024 16:00

“Los-Anceles Klippers” klubunun hücumameyilli müdafiəçisi Ceyms Harden Milli Basketbol Assosiasiyasında (NBA) unikal nailiyyətə imza atıb.

TodayPress xəbər verir ki, o, müntəzəm mövsümdə “Finiks”ə qarşı matçın ilk hissəsində göstəriciyə nail olub.

Harden 12 xal toplayıb, 5 ribaund, 7 ötürmə və 2 blok-şot edib.

1996/1997 mövsümündən, bu cür statistikanın hesablanmağa başladığı vaxtdan bəri heç bir NBA oyunçusu belə göstəricilərə nail ola bilməyib.

Qeyd edək ki, Ceyms Harden “Finiks”lə görüşdə ümumilikdə 25 xal toplayıb, 10 ribaund, 13 məhsuldar ötürmə və 2 blok-şot edib. 

“Los-Anceles Klippers” bu oyunda 119:125 hesabı ilə məğlub olub.


tag: Los-Anceles Klippers,Ceyms Harden,Milli Basketbol Assosiasiyası, Finiks,todaypress.az,