Hans-Diter Flikdən uğurlu start

İdman

10.09.2024 09:42

La Liqada avqust ayının ən yaxşı məşqçisi bəlli olub. 

TodayPress xəbər verir ki, bu ada "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik layiq görülüb. 

Almaniyalı mütəxəssisin komandası ötən ay La Liqada "Valensiya" (2:1), "Atletik" (2:1), "Rayo Valyekano" (2:1) və "Valyadolid"i (7:0) məğlub edib.

Qeyd edək ki, Hans-Diter Flik iyul ayından "Barselona" klubuna rəhbərlik edir.

Namiq HUN

tag: La Liqa, Almaniya, Barselona, Valensiya, Rayo Valyekano, todaypress.az,