Halk “Atletiko Mineyro”nun tarixinə düşdü
İdman
10.10.2024 15:50
Braziliya futbolçu klubunun XXI əsrdə ən yaxşı bombardiri olub
TodayPress xəbər verir ki, forvard ölkə çempionatının VI turunda, "Qremio"ya (2:1) qarşı oyunda 113-cü qolunu vurub.
Halk həmyerlisi Dieqo Tardellinin (112 qol) rekordunu qırıb.
Qeyd edək ki, 38 yaşlı futbolçu 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edir.
Halk cari mövsümdə meydana çıxdığı 41 oyunda 18 qol vurub.
Namiq HUN
tag: Braziliya,Dieqo Tardell,Qremio,Atletiko Mineyro,Halk ,todaypress.az,