Haland ayın ən yaxşısı seçildi

İdman

13.09.2024 15:47

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu məlum olub.

TodayPress xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haland yeni mövsümün ilk ayının ən yaxşısı seçilib. 

Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı norveçli forvard İngiltərə çempionatında avqust ayında keçirdiyi 3 oyunda 7 qol vurub.

Namiq HUN

tag: İngiltərə ,Liqa ,Mançester Siti , Erlinq Haland,Hücumçu ,todaypress.az,