Hakimləri təhdid edən məşqçi cəzasını aldı

İdman

19.11.2024 15:10

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında çıxış edən “Mingəçevir” klubunun məşqçisi Namiq İbrahimli cəzalandırılıb.

TodayPress xəbər verir ki, AFFA-nın İntizam Komitəsi qərar verib.

İbrahimli VII turun “Mingəçevir” - “Baku Sportinq” oyunundakı hərəkətlərinə görə cəzalandırılıb. O, matçın sonlarına yaxın referidən ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alıb.

Namiq İbrahimli hakimləri təhqir və təhdid edib. 

AFFA məşqçini 5 oyunluq cəzalandırıb. “Mingəçevir” klubu isə 400 manat cərimə olunub.

Namiq HUN

tag: Futbol, Hakim, Namiq İbrahimli, Mingəçevir, AFFA, Cərimə, todaypress.az,