Hakim Ziyeşin yeni klubu məlum oldu

İdman

22.11.2024 17:08

Əsas heyətdə az oyuna çıxdığı üçün “Qalatasaray”dan ayrılmaq istəyən mərakeşlı futbolçu Qətər təmsilçisi ilə razılaşıb.

TodayPress xəbər verir ki, Ziyeş “Əl-Arabi” klubunun təklifini qəbul edib. 

Onun yeni klubunda illik qazancı 5 milyon avro olacaq.

Qeyd edək ki, Hakim Ziyeş cari mövsüm “Qalatasaray” forması ilə 7 oyunda meydana çıxıb. O, bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Qalatasaray, Qətər, Ziyeş, Əsas Heyət, todaypress.az,