Hacıyev 24 ay cüdodan kənarda qalacaq
İdman
06.11.2024 14:45
Azərbaycan cüdoçusu Sadiq Hacıyev 24 aylıq diskvalifikasiya olunub.
TodayPress AMADA-ya istinadən xəbər verir ki, səbəb idmançı tərəfindən məkan məlumatı pozuntusuna yol verməsidir.
Qeyd edək ki, qərarın qüvvəyə minmə tarixi 2023-cü il iyulun 31-i göstərilib.
Sanksiya 2025-ci il iyulun 30-da bitəcək.
Namiq HUN
tag: Azərbaycan, Cüdo, Sadiq Hacıyev,Diskvalifikasiya, Qərar, todaypress.az,