Hacar “Formula 1” komandası ilə anlaşdı
İdman
20.12.2024 17:49
Əlcəzairəsilli fransalı pilot İsaak Hacar 2025-ci il mövsümü üçün “Reysinq Bulls” komandası ilə müqavilə bağlayıb.
TodayPress komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, “Red Bull”a keçən Liam Lousonun yerini tutacaq.
Racing Bulls komandasının rəhbəri Loran Mekis İsak Hacarla müqaviləni şərh edib.
“Biz şadıq ki, İsak gələn il bizimlə olacaq və 2025-ci ildə Yuki ilə komandaya yeni dinamika gətirəcək. O, bir nəfərlik yeniyetmələr seriyasında yüksək nəticələrə imza atıb. Hacar “Formula 1” yürüşlərinə lazım olan istedad və həvəsə malikdir. Biz onun komandaya tez uyğunlaşacağına ümid edirik.
Qeyd edək ki, İsak Hacar “Formula 2” yarışlarında “Kampos” komandasının pilotu olub.
Namiq HUN
tag: Formula 1, İsak Hacar,Komando, Fransa, todaypress.az,