"Haas" pilotu Azərbaycan Qran-prisində qəza törətdi

İdman

14.09.2024 13:41

"Haas" komandasının pilotu Oliver Berman Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza törədib.

TodayPress xəbər verir ki, gənc pilotun idarə etdiyi bolid üçüncü sərbəst yürüşdə səddə çırpılıb. Onun avtomobili trasdan çıxarılıb.

"Alpin" komandasının pilotu Esteban Okon da Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib. 

Sərbəst yürüş zamanı sürücünün bolidi trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. 

Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.

Namiq HUN

tag: Haas ,Oliver Berman, Bakı, Formula1, Qran-Pri, todaypress.az,