Gyökereş ilin futbolçusu seçildi

İdman

17.12.2024 11:15

İsveçdə ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

TodayPress xəbər verir ki, “Sportinq” klubunun hücumçusu Viktor Gyökereş göstəricidə bütün rəqiblərini qabaqlayıb. 

Bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Gyökereş 2024-cü ildə “Sportinq”də və İsveç yığmasında ümumilikdə 61 qol vurub. Bu qollardan 10-u millinin heyətində vurulub. Gyökereş cari mövsüm 35 qol vurub.

Namiq HUN

tag: Gyökreş ,Sportinq, Klub, Viktor, todaypress.az,