Gyökereş il ərzindəki qol sayını 60-a çatdırdı
İdman
06.12.2024 11:12
"Sportinq" klubunun və İsveç millisinin futbolçusu Viktor Gyökereş 2024-cü ildə 60-cı qolunu vurub.
TodayPress xəbər verir ki, hücumçu Portuqaliya çempionatının XIII turunda "Moreyrense" ilə matçda göstəriciyə nail olub.
Gyökereş "Sportinq"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşdə fərqlənib.
Forvard 60 qoldan onunu millinin heyətində vurub.
Qeyd edək ki, Viktor Gyökereş 17 qolla Portuqaliya çempionatında bombardirlər siyahısına başçılıq edir.
Namiq HUN
tag: Çempionat ,Portuqaliya ,Tur, Qol, todaypress.az,