Gyökereş 96 milyonluq təklif aldı
İsveç millisinin və “Sportinq”in futbolçusu Viktor Gyökereş “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
TodayPress xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Lissabon təmsilçisindən yaxşı tanıdığı hücumçunu sərəncamında görmək istəyir.
Klub rəhbərliyi “Sportinq”ə 96 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, Gyökereş 2024-cü ildə Portuqaliya çempionatında 36 qol vurub.
Namiq HUN
tag: Lissabon ,Amorim ,Hücumçu, Məşq, todaypress.az,