Gürcüstanlı cüdoçu 6 ay müddətinə cəzalandırıldı
İdman
19.09.2024 09:14
Gürcüstan cüdoçusu Quram Tuşişvili Paris Olimpiadasındakı davranışına görə diskvalifikasiya olunub.
TodayPress Avropa Cüdo İttifaqının (IJF) məlumatına əsasən xəbər verir ki, Tuşişvili Olimpiya Oyunlarının 1/4 final mərhələsində fransalı rəqibini itələyərək qeyri-idman hərəkətinə yol verib.
IJF Quramı bu davranışına görə 6 ay yarışlardan kənarlaşdırıb. Tuşişvili fevralın 25-də tatamiyə qayıdacaq.
Qeyd ki, Avropa Cüdo İttifaqı daha əvvəl serbiyalı Nemanya Maydovu 6 ay müddətinə diskvalifikasiya edib.
Namiq HUN
tag: Gürcüstan, Quram Tuşişvili, Paris, Diskvalifikasiya, Cüdo ,todaypress.az,