Gürcüstan qrup lideri oldu
UEFA Millətlər Liqasında II tura yekun vurulub.
TodayPress xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan Gürcüstan komandası bu tur səfərdə Albaniya yığmasının qonağı olub.
Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə başa çatıb 1:0. Koçoraşvilinin yeganə qolu komandasına qələbə qazandırıb.
Qeyd edək ki, II turdan sonra Gürcüstan millisi 6 xalla qrup lideridir. Qonşumuz ilk turda Çexiyanı evə əliboş yola salıb 4:1.
Namiq HUN
tag: UEFA, Liqa ,Albaniya, Gürcüstan, Koçoraşvili, todaypress.az,