Gürcüstan qələbəni əldən verdi

İdman

22.06.2024 19:41

Avropa çempionatının F qrupunda 2-ci tur Gürcüstan – Çexiya qarşılaşması ilə start götürüb. Komandalar Hamburqdakı “Folksparkştadion”da güclünü müəyyən ediblər. 


TodayPress xəbər verir ki, bu qarşılaşmada həm gürcülərə, həm də çexlərə nəyin bahasına olursa-olsun, 3 xal lazım idi. Qələbə hər iki komandaya pley-off şansı qazandıracaqdı.

Gürcüstan millisi əsas oyunun ilk hissəsində rəqibini üstələməyi bacarıb. 45+4-cü dəqiqədə Jorj Mikautadze penaltini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb.

Amma Villi Sanyolun komandası oyundakı üstünlüyünü qoruya bilməyib. 59-cu dəqiqədə Çexiyanın hücumçusu Patrik Şik hesabı bərabərləşdirib 1:1. Hər iki komandanın 1/8 finala çıxmaq  ümidi qalır. 3-cü turda Çexiyanı Türkiyə, Gürcüstanı isə Portuqaliya ilə çətin matç gözləyir.       

 

Namiq HUN

tag: Çexiya, Gürcüstan, Avropa çempionatı, Qələbə, todaypress.az,