Gürcü döyüşçü Fiziyevə əlcək atdı

İdman

11.12.2024 12:28

Gürcüstanlı MMA döyüşçüsü Quram Kutateladzi Rafael Fiziyevi döyüşə çağırıb.

TodayPress xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən döyüşçü Fiziyevlə qarşılaşmaq istədiyini bildirib: 

"Menecerlər mənə dedilər ki, sənin rəqibin yoxdur və heç kim səninlə döyüşmək istəmir. Stil baxımından bu, UFC-nin və izdihamın sevəcəyi döyüş olacaq. Üstəlik, ilin potensial döyüşü ola bilər. Fevralın 1-də Səudiyyə Ərəbistanı...".

Qeyd edək ki, Rafael Fiziyev UFC-də 2019-cu ildə debüt edib. Onun hesabında 6 qələbə və 3 məğlubiyyət var. 

Namiq HUN

tag: UFC, MMA, Gürcüstan, Döyüş, todaypress.az,