Günəş axtardığını Gürcüstanda tapdı
İdman
20.11.2024 13:30
UEFA Millətlər Liqasının qrup mərhələsinin Gürcüstan - Ukrayna matçında Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Şenol Günəş də iştirak edib.
TodayPress xəbər verir ki, mütəxəssis üç futbolçunu izləmək üçün Gürcüstana səfər edib.
O, Kiyev “Dinamo”sundan ukraynalı Nikolay Şaparenko, həmçinin gürcülər - “Kremoneze” klubundan Luka Loçoşvili və “Şturm”dan Otar Kiteişvilini nəzarətdə saxlayıb.
Günəşin üç futbolçu ilə bağlı hesabatını “Trabzonspor” rəhbərliyinə göndərəcəyi bildiril. Mütəxəssisin ən çox Otar Kiteişvilini bəyəndiyi idda edilir.
Namiq HUN
tag: UEFA ,Milətlər Liqası,Gürcüstan ,Trabzonspor,Şenol Günəş,todaypress.az,