Gündoğan qeydiyyatını Milana dəyişir?
İdman
20.12.2024 15:36
“Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğan karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
TodayPress xəbər verir ki, “İnter” klubu Almaniya millisinin sabiq üzvünü heyətinə qatmaq istəyir.
Milan təmsilçisi yayda azad agent statusunda olacaq 34 yaşlı yarımmüdafiəçini pulsuz rənglərinə qatmağı planlaşdırır.
Qeyd edək ki, İlkay Gündoğan cari mövsüm “Mançester Siti”nin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Almaniya, İnter ,Klub ,Gündoğan, todaypress.az,