Gündoğan "Qalatasaray"ın təklifini RƏDD ETDİ
İdman
08.06.2024 12:19
İlkay Gündoğan “Qalatasaray”ın dəvətini qəbul etməyib.
TodayPress xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi İstanbul təmsilçisinə keçmək təklifindən imtina edib.
“Qalatasaray”ın prezidenti Dursun Özbək 33 yaşlı futbolçu ilə şəxsən görüşüb. Bu görüşdə Gündoğan Kataloniya klubundan getməyəcəyini açıqlayıb.
Qeyd edək ki, türk əsilli alman yarımmüdafiəçi “Barselona”ya 2023-cü ilin yayında keçib. Ötən mövsüm Gündoğan bütün yarışlarda 51 matçda iştirak edib, 5 qol vurub və 14 məhsuldar ötürmə edib.
İlkayın klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Gündoğan, Qalatasaray,