Gündoğan “Qalatasaray”dan təklif aldı

İdman

14.01.2025 15:28

“Qalatasaray” “Mançester Siti”də çıxış edən İlkay Gündoğanı heyətinə qatmaq istəyir.

TodayPress “The Sun” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi almaniyalı futbolçuya 5 milyon avroluq müqavilə təklif edib.

34 yaşlı yarımmüdafiəçi 2023-cü ilə qədər “Mançester Siti” ilə 5 dəfə Premyer Liqa, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub. 

2023-2024 mövsümündə “Barselona”ya transfer olunan türk əsilli alman futbolçu daha sonra “şəhərlilər”ə geri qayıdıb.

 Cari mövsüm 26 matçda meydana çıxan İlkay Gündoğan 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Gündoğan ,Mançester ,Türk, Heyət, todaypress.az,