Gündoğan gələcəyi ilə bağlı qərar verdi
"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan klubunda qalmağa qərar verib.
TodayPress xəbər verir ki, futbolçunun nümayəndələri bu barədə Kataloniya təmsilçisinin rəhbərliyini məlumatlandırıblar.
Qeyd edək ki, daha əvvəl Gündoğanın Qətərin "Əl-Sədd" klubuna keçə biləcəyi bildirilirdi.
33 yaşlı futbolçu ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 51 matçda iştirak edib. O, bu görüşlərdə 5 qol vurub və 14 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Barselona, İlkay Gündoğan, Kataloniya, Əl-Sədd, Turnir, Qətər, todaypress.az,