Gündoğan dünyanın ən yaxşı mərkəz yarımmüdafiəçisidir

İdman

01.10.2024 12:20

Dünyanın ən yaxşı 10 mərkəz yarımmüdafiəçisinin adı açıqlanıb. 

TodayPress xəbər verir ki, siyahını nüfuzlu "FourFourTwo" nəşri tərtib edib.  

Siyahıya İngiltərənin “Mançester Siti” klubunun formasını geyinən İlkay Gündoğan başçılıq edir. İspaniyanın “Real Madrid” klubundan Federiko Valverde ikincidir. İlk üçlüyü isə “Mançester Siti”nin şərəfini qoruyan Bernardo Silva təşkil edib. 

Yaxşı 10-luqda həmçinin, Pedri (“Barselona”, İspaniya), 

Aleksis Makallister (“Liverpul”, İngiltərə), Qranit Caka (“Bayer 04”, Almaniya), Uorren Zair-Emeri (PSJ, Fransa), Qavi (“Barselona”, İspaniya), Luka Modriç (“Real Madrid”, İspaniya) və 

Fabian Ruiz (PSJ, Fransa) də yer alıb.


Namiq HUN

tag: PSJ, Fransa,Barselona,Mançester Siti,Fabian Ruiz,todaypress.az,