Gündoğan daha 1 il “Siti”də
“Mançester Siti” klubu yarımmüdafiəçisi İlkay Gündoğanla müqavilə müddətini 1 il uzadıb.
TodayPress xəbər verir ki, “şəhərlilər” ötən yay “Barselona”dan Mançesterə qayıdan türk əsilli futbolçunun sözləşməsinin 1 illik uzatma bəndindən isitifadə edəcək.
34 yaşlı futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Mətbuat konfransında məsələyə aydınlıq gətirən baş məşqçi Pep Qvardiola “Nə olacağını bilmirəm, amma indi onun komanda ilə daha bir illik müqaviləsi var” sözlərini söyləyib.
Namiq HUN
tag: İlkay Gündoğan,Mançester Siti,Müqavilə,Futbol,Todaypress.az,