Güllə atıcımızdan gümüş medal
İdman
03.06.2024 00:26
Azərbaycanlı güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında uğurla çıxışını davam etdirir. TodayPress xəbər verir ki, milli komandanın lideri bu dəfə kiçik çaplı tapançadan atəş açmaqda qitə yarışının mükafatını qazanıb. O, 25 metr məsafədən mərkəzi hədəfə atəş üzrə yarışda gümüş medala sahib çıxıb. Lunyov ümumilikdə 582 xal toplayaraq təkcə slovakiyalı rəqibi Martin Bolekdən geri qalıb.
Qeyd edək ki, Ruslan Lunyov daha əvvəl Avropa çempionatında 25 metr məsafədən standart tapançadan atəş üzrə yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Namiq HUN
tag: Ruslan Lunyov,Azərbaycanlı güllə atıcı,Avropa çempionatı,gümüş medal, İdman,