Güllə atıcımızdan bürünc medal

İdman

01.06.2024 09:39

TodayPress xəbər verir ki, güllə atıcılığı üzrə milli komandamızın lideri Ruslan Lunyov Avropa Çempionatında bürünc medal qazanıb. O, Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında 25 metr məsafədən standart tapançadan atəş üzrə yarışda bu uğura nail olub. Ruslan Lunyov 570 xal toplayaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

tag: Bürünc medal, Çempionat, Ruslan Lunyov, Todaypress.az,