Güllə atıcılığ üzrə Dünya Kuboku
İdman
30.05.2024 19:18
31 may – 8 iyun tarixlərində Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. TodayPress xəbər verir ki, turnirdə Azərbaycanı Nigar Nəsirova və Ruslan Lunyov təmsil edəcəklər.
Bu, Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinqi xalını qazanmaq baxımından son beynəlxalq turnirdir. 9 iyun tarixinədək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyaları müəyyənləşəcək.
Qeyd edək ki, hələlik güllə atıcılığı üzrə milli komandamızın hesabında 1 lisenziya var. Ruslan Lunyov 2023-cü ilin martında, Estoniyada keçirilən Avropa çempionatında 10 metr məsafəyə atəş açmaqda Paris Olimpiadasına lisenziya qazanıb.
tag: Münhen,Dünya Kuboku,Yay Olimpiya Oyunları,Güllə atıcılığ, idman, todaypress.az,