Güllə atıcılarımızdan 1 dəst medal
İdman
23.11.2024 09:55
Serbiyanın Smederevo şəhərində gənclər arasında güllə atıcılığı üzrə Qran-Pri keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan millisinin yarışdan qazancı 3 medal olub.
Serbiya Qran-Prisinin baş mükafatını komandamıza pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda Vladislav Kalmıkov qazandırıb. Leyli Əliyeva turnirin gümüş, İmran Qarayev isə bürünc medalına sahib olub.
Namiq HUN
tag: Serbiya, Smederevo, Qran-Pri, Azərbaycan, Komanda, Vladislav Kalmıkov, todaypress.az,