Güllə atıcıları Osiyekdə 9-cu oldular
Xorvatiyada 10 m məsafədən atəş açma üzrə Avropa çempionatı davam edir.
TodayPress xəbər verir ki, Azərbaycan yığmasının güllə atıcıları Osiyek turnirində qələbə uğrunda mübarizə aparıblar.
Kişilərin tapança ilə atəş açma yarışında ən yaxşı nəticə Ruslan Lunyovun aktivindədir. O, 578 xalla təsnifat mərhələsində 15-ci olub.
Komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkov üçlüyü 1715 xal toplayıb. Yığmamız 9-cu yeri tutub. Qadın güllə atıcılarımız da təsnifat mərhələsini adlaya bilməyiblər.
569 xalla 23-cü olan Nigar Nəsirova onların arasında ən yaxşı nəticə göstərib. Komanda yarışında Nigar Nəsirova, Leyli Əliyeva və Xanna Əliyeva üçlüyü 1689 xal toplayıb. Millimiz 9-cü yerlə kifayətlənib.
Tüfənglə atəş açmada qarışıq komanda yarışlarında Jalə Bayramova və Üzeyir Tapdıqlı dueti təsnifat mərhələsində 614,3 xalla 35-ci yeri tutub. 612,5 xal yığan Nuranə Əliyeva və Ramiz Xəlilov cütlüyü isə 36-cı pillədə qərarlaşıb.
Namiq HUN
tag: Azərbaycan,Osiyek,Güllə,Atıcı,Yarış,Todaypress.az,