Güləşçimiz Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazandı
İdman
29.11.2024 23:07
Azərbaycan təmsilçisi Ağanəzər Novruzov
Qazaxıstanın paytaxtı Astanada keçirilən sərbəst güləş üzrə "Güləş
ulduzları liqası"nda qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, idmançımız 74 kq çəki
dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb.
O, həlledici mərhələdə özbəkistanlı Mirzo Xaitova 4:1
hesabıyla qalib gəlib.
tag: Qazaxıstan,Azərbaycan, Qızıl Medal, Güləş, todaypress.az,