Güləşçimiz erməni ilə qarşılaşacaq

İdman

11.04.2025 00:38

13

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib.

TodayPress xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov və Murad Əhmədiyev Türkiyə təmsilçiləri ilə üz-üzə gələcəklər.

Qurban Qurbanova isə Ermənistan güləşçisi Samvel Qriqoryan rəqib olub.

Titullu yunan-Roma güləşçisi Eldəniz Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. O, Ukraynanın erməni əsilli pəhləvanı Koryun Sahradyan ilə Gürcüstan təmsilçisi Vaxtanq Lolua arasındakı qarşılaşmanın qalibi ilə qarşılaşacaq

tag: Slovakiya, Bratislava, Ermənistan, Azərbaycan,Samvel Qriqoryan,Güləşçi,Eldəniz Əzizli , todaypress.az,